15:00 01-09-2020
news_image
270
FUTBOL

“Onda biz bərabər şərtlərdə olardıq” – “Molde”nin baş məşqçisi

“Hesab edirəm ki, “Qarabağ”la oyun neytral meydanda keçiriləcək”.

Apasport.az saytının məlumatına görə, bunu Norveçin “Molde” klubunun baş məşqçisi Erlinq Mo deyib.

Mütəxəssis Çempionlar Liqasının III təsnifat mərhələsinin Bakıda keçirilməli olan matçının yerinin dəyişdirilməsini gözləyir: “Onda biz bərabər şərtlərdə olardıq. Əlbəttə, matçın yerinin dəyişdirilməsi bizim üçün müsbət məqamdır. İstənilən halda, evdən kənarda oynamaq rəqib üçün üstünlükdür”.

Qeyd edək ki, Norveç çempionu Azərbaycana səfər etdikdən sonra karantinə alınmalı olduğunu əsas gətirərək matçın neytral meydana salınması üçün UEFA-ya müraciət ünvanmayıb.