17:37 01-09-2020
news_image
239
FUTBOL

“Yuventus”un şərti – Luis Suaresə

“Barselona”nın hücumçusu Luis Suares “Yuventus”a keçə bilər.

Apasport.az saytının məlumatına görə, Turin klubu Uruqvay millisinin forvardının transferində maraqlıdır.

“Barselona”da yeni baş məşqçi Ronald Kumanın planlarına daxil olmayan 33 yaşlı futbolçu ilə bağlı yeganə problem maaşıdır. Çünki Kataloniya klubunda illik məvacibi 15 milyon avro olan oyunçuya italyanlar vergiləri çıxmaq şərtilə 10 milyon avro ödəmək iqtidarındadır. Turinlilər eyni zamanda onun “Barsa” ilə müqaviləsini ləğv edəcəyinə və kollektivə azad agent kimi qoşulacağına ümid edirlər.

Qeyd edək ki, 2014-cü ildən “Barselona”da çıxış edən Luis Suaresin müqavilə müddəti 2021-ci ilin yayına qədərdir.