16:41 01-09-2020
news_image
271
FUTBOL

Rekord transfer - “Çelsi”dən

İngiltərənin “Çelsi” klubu daha bir futbolçunun transferini razılaşdırıb.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi Kay Havertsin keçidi ilə bağlı “Bayer”lə razılıq əldə edib.

“Çelsi” 21 yaşlı yarımmüdafiəçi üçün Almaniya klubuna 72 milyon funt-sterlinq ödəyəcək. Bu, London təmsilçisinin tarixində yeni rekorddur. Bu transfer Kepa Arrisabalaqanın keçidinə məxsus olan rekordu arxada qoyacaq. “Zadəganlar”ın ən bahalı transferi olan qapıçı üçün 2018-ci ildə 71,6 milyon funt-sterlinq ödənilib.

Qeyd edək ki, Kay ötən mövsüm 43 oyunda 17 qol vurub.