17:38 01-09-2020
news_image
300
FUTBOL

4 oyun keçirən futbolçusu ilə vidalaşdı - “Sabah”

Bakının “Sabah” klubu Cavid Tağıyevlə yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Futbolçu “Sabah”ın heyətində Premyer Liqada cəmi 4 oyun keçirib.