22:46 01-09-2020
news_image
148
FUTBOL

“Milan”a keçir – “Real”ın futbolçusu

İspaniyanın “Real” klubunun futbolçusu Braim Dias karyerasını İtaliyada davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Milan” klubuna keçir.

21 yaşlı yarımmüdafiəçi A seriyası təmsilçisinə icarə əsasında qoşulacaq. Klublar futbolçunun sonradan birdəfəlik Milanın eyniadlı təmsilçisinə keçidini də müzakirə edəcək.

Diasın özü yaxın günlərdə İtaliyaya yollanacaq. O, tibbi müayinədən sonra müqavilə imzalayacaq.