23:19 01-09-2020
news_image
231
FUTBOL

"İnter" geri çəkildi, atası Barselonaya yollandı - Messinin

"Barselona"nın kapitanı Lionel Messinin "İnter"ə transferi baş tutmayacaq.

Apasport.az saytının məlumatına görə, bunu İtaliya klubunun idman direktoru Pyero Auzilio deyib.

O bildirib ki, argentinalı superulduzun "neradzurra"nın formasını geyinməsi mümkün görünmür: "Messi ilə müqavilə imzalamağı planlaşdırmırıq. Bu məlumatların haradan çıxdığını bilmirəm. Messini komandasında görmək istəməyən klub yoxdur. Amma indi bu, real deyil".

Yeri gəlmişkən, Messinin menecerliyini edən atası Xorxe Messi xüsusi təyyarə ilə Rosariodan Barselonaya uçub. O, oğlunun "Barselona"dan ayrılması üçün Kataloniya klubunun prezidenti Xosep Bartomeu ilə görüşəcək və niyyətlərini ona çatdıracaq.

Qeyd edək ki, "Barelona" yeni mövsümün hazırlığına başlasa da, "Mançester Siti"yə keçmək istəyən Lionel Messi nə koronavirus testindən keçib, nə də məşqlərə qoşulur.