23:24 01-09-2020
news_image
358
FUTBOL

Bakı səfəri öncəsi qolsuz bərabərlik - Lüksemburq yığmasından

Millətlər Liqasında Azərbaycan yığmasının rəqibi olan Lüksemburq Bakı səfəri öncəsi yoxlama görüşündə qüvvəsini sınayıb.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Lük Holts Almaniyanın Bundesliqa III təmsilçisi "Saarbrüken"lə görüşdə yetirmələrini sınayıb.

"Jozi Bartel" stadionunda baş tutan görüş qolsuz bərabərliklə nəticələnib.

Qeyd edək ki, sentyabrın 5-də Bakı Olimpiya Stadionunda millimizin qonağı olacaq Lüksemburq yığması 3 gün sonra Monteneqronu qəbul edəcək. Millimiz isə sentyabrın 8-də Nikosiyada Kiprlə üz-üzə gələcək.