00:02 02-09-2020
news_image
261
FUTBOL

“Arsenal”da yeni müdafiəçi – 26 milyona

İngiltərənin “Arsenal” klubu yeni futbolçunun transferini rəsmiləşdirib.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi mərkəz müdafiəçisi Qabrieli heyətinə qatıb.

Fransanın “Lill” klubundan transfer olunan braziliyalı üçün 26 milyon avro ödənilib. Onunla müqavilənin müddəti açıqlanmır.

Qeyd edək ki, Qabriel ötən mövsüm 34 oyunda 1 qol vurub.