09:11 02-09-2020
news_image
153
FUTBOL

İkinci liqa klubunda - "Zirə"dən ayrılan futbolçu

Yay fasiləsində “Zirə”dən ayrılan yunanıstanlı futbolçu Anastasios Papazoğlunun yeni komandası müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, 32 yaşlı futbolçu karyerasını ölkəsində davam etdirəcək.

Papazoğlu Super Liqa ilə ötən mövsüm vidalaşan “Ksanti” ilə ilkin razılığa gəlib. Bu mövsüm ikinci liqada çıxış edəcək klub 3 yeni oyunçu ilə münasibətləri rəsmiləşdirməyə hazırlaşır ki, onlardan biri də məhz Papazoğludur.

Qeyd edək ki, Anastasios Papazoğlu 2019/20 mövsümündə "Zirə"nin heyətində Premyer Liqada 10 oyun keçirib.