09:36 02-09-2020
news_image
159
FUTBOL

“Azərbaycanla oyundan əvvəl...” – federasiya rəsmisi

“Baş məşqçi yaxın illərdə hazır olacaq gənc oyunçularla işləmək istəyir. Onun fəlsəfəsi budur”.

Apasport.az saytının məlumatına görə, bunu Kipr Futbol Federasiyasının mətbuat xidmətinin üzvü Konstantinos Siambullis deyib.

Kipr yığmasının Millətlər Liqasının qrup mərhələsində Monteneqro və Azərbaycanla keçiriləcək oyunlarına hazırlıqdan bəhs edən federasiya rəsmisi heyətdə bəzi itkilərin olduğunu vurğulayıb: “Buna baxmayaraq, baş məşqçi onların yerini doldura biləcək. O, fəlsəfəsinə uyğun futbolçu axtarışlarını davam etdirir və gələcəyin heyətini formalaşdırmağa çalışır. Əminəm ki, çağırılmayanların yoxluğu hiss olunmayacaq”.

Siambullis həmçinin müntəzəm olaraq koronavirus testindən keçdiklərini də söyləyib: “Ümumilikdə üç dəfə koronavirus testindən keçməliyik. Birini artıq geridə qoymuşuq. Həmçinin Monteneqro və Azərbaycanla oyundan əvvəl də test götürüləcək”.

Qeyd edək ki, Kipr yığması sentyabrın 5-də Monteneqro, 8-də isə Azərbaycan millisini qəbul edəcək.