10:05 02-09-2020
news_image
189
FUTBOL

Rekord məbləğə aldığı futbolçunu satır – “Tottenhem”

İngiltərənin “Tottenhem” klubu futbolçusu Tanqi Ndombele komandanı tərk edəcək.

Apasport.az saytının məlumatına görə, buna səbəb London təmsilçisinin 23 yaşlı yarımmüdafiəçi ilə yollarını ayırmaq istəyidir.

Baş məşqçi Joze Mourinyo fransalının Premyer Liqaya uyğunlaşa bilmədiyini düşünür. Bir il əvvəl “Lion”dan “Tottenhem” üçün rekord qiymətə - 60 milyon avroya alınan Ndombele ilə müqavilə 2025-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, PSJ, “Yuventus” və “İnter”in də maraqlandığı futbolçu hazırda koronavirusdan müalicə olunur.