15:44 02-09-2020
news_image
627
FUTBOL

Millimizin rəqibləri müəyyənləşdi - AVRO-2022-də

Bu gün futzal üzrə AVRO-2022-nin seçmə qrup mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutub.

Püşkatma zamanı Azərbaycan millisi A səbətində yer alıb. Yığmamız 3-cü qrupda Slovakiya, Moldova və Türkiyə/Yunanıstan cütünün qalibi ilə mübarizə aparacaq.

Oyun günləri
2-11 noyabr 2020 (ilkin mərhələnin pley-off oyunları)
6-9 dekabr 2020
25 yanvar-3 fevral 2021
1-10 mart 2021
5-14 aprel 2021

Qeyd edək ki, komandalar hər birində 4 iştirakçı olmaqla 8 qrupa bölünüb. Yekunda 8 qrup qalibi və ən yaxşı göstəriciyə malik 6 komanda həlledici mərhələyə birbaşa vəsiqə qazanacaq. Ən zəif göstəriciyə malik iki ikinci yerin sahibi isə pley-off görüşündə üz-üzə gələcək. Final mərhələsi 2022-ci il yanvarın 9-dan fevralın 6-dək Niderlandda keçiriləcək.