11:04 02-09-2020
news_image
372
FUTBOL

“Azərbaycandan qaçmaq istəyirdik” – “Sonderyuske”nin idman direktoru

“Dörd il əvvəl avrokubokların seçmə mərhələlərindən 1,5 milyon kron qazanmışdıq. Amma indi yaxşı gəlir əldə etmək üçün qrupa düşməliyik”.

Apasport.az saytının məlumatına görə, bunu Danimarkanın “Sonderyuske” klubunun idman direktoru Hans Yorgen Haysen deyib.

Avropa Liqasının püşkatmasını dəyərləndirən klub rəsmisi III təsnifat mərhələsində Çexiya “Viktoriya”sına rəqib olmalarına sevindiyini söyləyib. II raundda Türkiyə təmsilçisi “Qaltasaray”la qarşılaşacaq “Neftçi”yə düşmək ehtimalından da danışan Danimarka klubunun nümayəndəsi bunun baş verməməsinə maraqlı reaksiya göstərib: “Uzun səyahətə görə, püşkatma zamanı Azərbaycan, Qazaxıstan və Belarusdan qaçmaq, onlarla düşməmək istəyirdik. Şansımızı artıracaq ev oyununu arzulayırdıq. Amma Çexiya da çox bizdən çox uzaqda deyil”.

Qeyd edək ki, “Neftçi” - “Qalatasaray” cütünün qalibi III təsnifat mərhələsində “Renova” (Şimali Makedoniya) - “Hayduk” (Xorvatiya) matçından qələbə ilə ayrılacaq komandaya rəqib olacaq. II raundun oyunları sentyabrın 17-də baş tutacaq.