11:15 02-09-2020
news_image
526
FUTBOL

Yeni mövsüm start götürür – finalçılar üz-üzə

Sabah UEFA Millətlər Liqasında yeni mövsümə start veriləcək.

Apasport.az saytının məlumatına görə, bununla da Avropada yığma səviyyəli oyunlarda yaranan fasilə başa çatacaq.

Koronavirus pandemiyası ilə əlaqədar bütün yarışlar təxirə düşdüyündən, milli komandaların son rəsmi matçları ötən ilin noyabrında baş tutub. 10 aydan sonra yığmaların qitə səhnəsinə dönüşü Millətlər Liqasının ikinci mövsümü ilə gerçəkləşəcək.

2020/21 mövsümü ardıcıl iki turla başlayacaq. Altı gün ərzində baş tutacaq bu turlar çərçivəsində ümumilikdə 54 oyun keçiriləcək.

A, B və C liqasının hərəsinin 4, D liqasının 1-ci qrupunda hər turun iki görüşü təşkil olunacaq. Sonuncu liqanın 2-ci qrupunda isə hər turda bir qarşılaşma keçiriləcək. Bu qrupun iki komandası sentyabrda bir matç keçirəcəksə, digər Avropa yığmalarını iki sınaq gözləyir.

Azərbaycan yığması turların son günündə meydana çıxacaq. C liqasının 1-ci qrupunda mübarizə aparan millimiz sentyabrın 5-də Lüksemburqu qəbul edəcək.

Canni de Byazinin yetirmələri ilk səfər oyununa Kiprdə çıxacaq. Bu görüş ayın 8-də keçiriləcək.

Qonşu Türkiyə yığması da iki oyunda qüvvəsini sınayacaq. Şenol Günəşin baş məşqçisi olduğu komanda B liqasında mübarizə aparacaq.

“Ay-ulduzlular” sabah evdə Macarıstanla üz-üzə gələcək. Türkiyəliləri üç gün sonra Serbiya sınağı gözləyir.

İlk iki turun ən maraqlı görüşləri Avropa nəhənglərinin yer aldığı A qrupunda baş tutacaq. I turda Almaniya – İspaniya və Portuqaliya – Xorvatiya matçları bütün qitənin diqqət mərkəzində olacaq. II turun bəzəyi Niderland – İtaliya və Fransa – Xorvatiya qarşılaşmalarıdır. Son görüşdə DÇ-2018-in finalçıları yenidən üz-üzə gələcək.

Qeyd edək ki, turnirin növbəti turları oktyabrda təşkil olunacaq.

Millətlər Liqası
I tur

3 sentyabr
A liqası, 4-cü qrup

22:45. Almaniya – İspaniya
22:45. Ukrayna – İsveçrə
B liqası, 3-cü qrup
22:45. Rusiya - Serbiya
22:45. Türkiyə - Macarıstan
B liqası, 4-cü qrup
22:45. Bolqarıstan - İrlandiya
22:45. Finlandiya - Uels
C liqası, 3-cü qrup
22:45. Moldova – Kosovo
22:45. Sloveniya – Yunanıstan
D liqası, 1-ci qrup
20:00. Latviya - Andorra
22:45. Farer adaları - Malta

4 sentyabr
A liqası, 1-ci qrup

22:45. İtaliya – Bosniya və Herseqovina
22:45. Niderland – Polşa
B liqası, 1-ci qrup
22:45. Norveç - Avstriya
22:45. Rumıniya – Şimali İrlandiya
B liqası, 2-ci qrup
22:45. Şotlandiya - İsrail
22:45. Slovakiya – Çexiya
C liqası, 4-cü qrup
22:45. Belarus - Albaniya
22:45. Litva - Qazaxıstan

5 sentyabr
C liqası, 2-ci qrup

17:00. Şimali Makedoniya – Ermənistan
20:00. Estoniya - Gürcüstan
D liqası, 2-ci qrup
17:00. Cəbəllütariq – San-Marino
A liqası, 2-ci qrup
20:00. İslandiya – İngiltərə
22:45. Danimarka – Belçika
C liqası, 1-ci qrup
20:00. Azərbaycan – Lüksemburq
20:00. Kipr - Monteneqro
A liqası, 3-cü qrup
22:45. Portuqaliya - Xorvatiya
22:45. İsveç - Fransa

II tur
6 sentyabr
B liqası, 4-cü qrup

17:00. Uels – Bolqarıstan
20:00. İrlandiya - Finlandiya
D liqası, 1-ci qrup
17:00. Andorra – Farer adaları
22:45. Malta - Latviya
B liqası, 3-cü qrup
20:00. Macarıstan - Rusiya
22:45. Serbiya – Türkiyə
C liqası, 3-cü qrup
20:00. Sloveniya – Moldova
22:45. Kosovo - Yunanıstan
A liqası, 4-cü qrup
22:45. İspaniya – Ukrayna
22:45. İsveçrə - Almaniya

7 sentyabr
C liqası, 4-cü qrup

18:00. Qazaxıstan – Belarus
22:45. Albaniya - Litva
A liqası, 1-ci qrup
22:45. Bosniya və Herseqovina – Polşa
22:45. Niderland – İtaliya
B liqası, 1-ci qrup
22:45. Avstriya – Rumıniya
22:45. Şimali İrlandiya – Norveç
B liqası, 2-ci qrup
22:45. Çexiya – Şotlandiya
22:45. İsrail - Slovakiya

8 sentyabr
C liqası, 2-ci qrup

20:00. Ermənistan – Estoniya
18:00. Gürcüstan – Şimali Makedoniya
A liqası, 2-ci qrup
22:45. Belçika – İslandiya
22:45. Danimarka – İngiltərə
A liqası, 3-cü qrup
22:45. Fransa – Xorvatiya
22:45. İsveç - Portuqaliya
C liqası, 1-ci qrup
22:45. Kipr – Azərbaycan
22:45. Lüksemburq – Monteneqro
D liqası, 2-ci qrup
22:45. San-Marino - Lixtenşteyn