11:51 02-09-2020
news_image
203
FUTBOL

Kipr yığmasında daha bir problem – bu dəfə hücumçu

UEFA Millətlər Liqasının ilk iki oyununda Monteneqro və Azərbaycanla qarşılaşacaq Kipr yığmasının heyətlə bağlı problemləri davam edir.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçilər Giorqos Efrem və Aleks Qoqiçlə yanaşı, daha bir oyunçu növbəti matçları buraxa bilər.

Söhbət hücumçu Pieros Sotiroudan gedir. “Astana”nın forvardı zədədən əziyyət çəkir. Bu səbəbdən 27 yaşlı oyunçu millinin dünənki məşqinin bir hissəsində iştirak edə bilib. Baş məşqçi Yohan Valem onun durumunu diqqətdə saxlayır. Çalışdırıcı Sotirounun Monteneqro ilə görüşə qədər tam sağalacağına ümid edir.

Qeyd edək ki, Kipr yığması sentyabrın 5-də Monteneqro, 8-də isə Azərbaycan millisini Nikosiyada qəbul edəcək.