13:27 02-09-2020
news_image
447
FUTBOL

Fatih Terim seçimini etdi - “Neftçi” üçün

“Neftçi”nin Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi “Qalatasaray”ın oyun sistemində dəyişiklik olub.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Fatih Terim qarşıdakı matçlarda 4-4-2 sxemindən yararlanmaq qərarına gəlib.

Təcrübəli mütəxəssisi buna Radamel Falkao və “Brügge”dən icarədən qayıdan Mbaye Dianın uğurlu çıxışı vadar edib. “Umraniyespor”la yoxlama görüşündə adıçəkilən hücumçuları çiyin-çiyinə oynadan Terim onların çıxışından məmnun qalıb. Bu səbəbdən komanda məşqlərdə də 2-li hücum sistemi ilə çalışır.

“Cim-bom”un sentyabrın 12-də Türkiyə Super Liqasının I turunda “Qaziantep” və ayın 17-də “Neftçi” ilə matçda Terimin ən çox xoşladığı 4-4-2 sxemi ilə meydana çıxacağı bildirilir.

Qeyd edək ki, “Neftçi” – “Qalatasaray” görüşü “Bakcell Arena”da keçiriləcək.