13:49 02-09-2020
news_image
5023
FUTBOL

“Qarabağ”a rəqib - İtaliyadan

“Qarabağ”ın transfer gündəmində olan “Sampdoriya”nın qapıçısı Vid Beletsin ölkəmizə gəlişi baş tutmaya bilər.

Apasport.az saytının məlumatına görə, 30 yaşlı qolkiper yeni təklif alıb.

Ötən mövsümü icarə əsasında Kipr APOEL-ində keçirən Sloveniya millisinin üzvünün İtaliyada qalmaq variantı yaranıb. Çünki B seriyasında çıxış edən “Salernitana” klubu onun keçidində maraqlıdır. Salerno şəhərinin təmsilçisi üçün Belets prioritet hədəfdir. “Sampdoriya” ilə müqavilə müddəti gələn ilin yayına qədər olmasına baxmayaraq, komandada qalması gözlənilməyən qolkiper yaxın günlərdə yekun qərarını verməlidir.

Qeyd edək ki, bir müddət əvvəl “Qarabağ”ın Vid Beletslə 2+1 illik müqavilə şərtlərini razılaşdırdığı yazılmışdı.