14:23 02-09-2020
news_image
103
FUTBOL

“Milan”a keçir – Bakayoko

İtaliyanın “Milan” klubu İngiltərə “Çelsi”sinin futbolçusu Teemu Bakayokonu transfer edir.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi London təmsilçisinin baş məşqçisi Frank Lempardın planlarına daxil deyil.

Bu səbəbdən də milanlılar keçidi rəsmiləşdirməkdə çətinliklə üzləşməyəcək. A seriyası klubu Bakayoko üçün 25-30 milyon avro ödəməli olacaq.

Qeyd edək ki, 2017-ci ildə “Monako”dan “Çelsi”yə keçən fransalı 2018/19 mövsümündə “Milan”, 2019/20 mövsümündə “Knyazlıq klubu”nda icarədə olub.