
UEFA Millətlər Liqasında 2020/21 mövsümünə start verilib.
Apasport.az saytının məlumatına görə, I turun ilk oyun günündə 4 liqanın 5 qrupunda 10 matç keçirilib.
Turnirin ilk qarşılaşması Latviyada baş tutub. D liqasının 1-ci qrupunun oyununda meydan sahibləri Andorra ilə qolsuz heç-heçə edib. Eyni qrupda yer alan Farer adaları və Maltanın dueli günün ən məhsuldar görüşü olub. Meydan sahibləri 3 xalı 3 qolla qazanıb.
Mövsümün ilk qolu Ukraynada vurulub. Andrey Yarmolenko A liqasının 4-cü qrupunun matçında İsveçrənin qapısına yol tapıb. Meydan sahibləri bu görüşdən 3 xalla ayrılmağı bacarıb. Bu qrupun digər görüşündə Almaniya ilə İspaniya qarşılaşıb. Bundestim qələbəni son dəqiqədə buraxdığı qolla əldən verib.
B liqasında mübarizə aparan qonşu Türkiyə millisi evdə Macarıstanı sınağa çəkib. 3-cü qrupun qarşılaşmasının taleyini qonaqların vurduğu bir qol həll edib. Rusiya isə öz meydanında Serbiyadan üstün olub. Bu liqanın digər qrupunda Bolqarıstan İrlandiya ilə bərabərə qalıb, Uels Finlandiyanı məğlubiyyətə uğradıb.
C liqasındakı qarşılaşmalarda da qalib müəyyənləşməyib. Kosovo Moldovadan, Yunanıstan Sloveniyadan bir xalla ayrılıb.
Qeyd edək ki, Millətlər Liqasında ilk tura sentyabrın 5-də yekun vurulacaq.
Millətlər Liqası
I tur
3 sentyabr
A liqası, 4-cü qrup
22:45. Almaniya – İspaniya- 1:1
Verner, 52 - Qaya, 90+6
22:45. Ukrayna – İsveçrə- 2:1
Yarmolenko, 14, Zinçenko, 68 - Seferoviç, 41
B liqası, 3-cü qrup
22:45. Rusiya - Serbiya- 3:1
Dzyuba, 48 (pen.), 81, Karavayev, 69 - Mitroviç, 78
22:45. Türkiyə - Macarıstan- 0:1
Şoboşlay, 80
B liqası, 4-cü qrup
22:45. Bolqarıstan - İrlandiya- 1:1
Krayev, 56 - Daffi, 90+3
22:45. Finlandiya - Uels- 0:1
Mur, 80
C liqası, 3-cü qrup
22:45. Moldova – Kosovo- 1:1
Nikolaesku, 20 - Kololli, 71
22:45. Sloveniya – Yunanıstan- 0:0
D liqası, 1-ci qrup
20:00. Latviya - Andorra - 0:0
22:45. Farer adaları - Malta- 3:2
Olsen, 25, Andreas Olsen, 87, Brandur Olsen, 90 - Deqabriele, 37, Aqius, 73