15:11 02-09-2020
news_image
123
FUTBOL

Təqvim açıqlandı - A seriyasında

İtaliya A seriyasının təqvimi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, 2020/21 mövsümünün I turu sentyabrın 19-20-də keçiriləcək.

İlk turda aşağıdakı oyunlar keçiriləcək: “Benevento” – “İnter”, “Fiorentina” – “Torino”, “Cenoa” – “Krotone”, “Yuventus” – “Sampdoriya”, “Latsio” – “Atalanta”, “Milan” – “Bolonya”, “Parma” – “Napoli”, “Sassuolo” – “Kalyari”, “Udineze” – “Spetsiya”, “Verona” – “Roma”.

Qeyd edək ki, A seriyasında mövsümə mayın 23-də yekun vurulacaq.