15:54 02-09-2020
news_image
224
FUTBOL

AVRO-2022-nin püşkü atıldı - İtaliya Belçika ilə eyni qrupda

Bu gün futzal üzrə AVRO-2022-nin seçmə qrup mərhələsinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutub.

Komandalar hər birində 4 iştirakçı olmaqla 8 qrupa bölünüb. Azərbaycan millisi 3-cü qrupda Slovakiya, Moldova və Türkiyə/Yunanıstan cütünün qalibi ilə yarışacaq.

Yekunda 8 qrup qalibi və ən yaxşı göstəriciyə malik 6 komanda həlledici mərhələyə birbaşa vəsiqə qazanacaq. Ən zəif göstəriciyə malik iki ikinci yerin sahibi isə pley-off görüşündə üz-üzə gələcək.

1-ci qrup
San Marino/Danimarka
Xorvatiya
Albaniya
Ukrayna

2-ci qrup
Bolqarıstan/Ermənistan
Fransa
Gürcüstan
Rusiya

3-cü qrup
Türkiyə/Yunanıstan
AZƏRBAYCAN
Slovakiya
Moldova

4-cü qrup
İngiltərə/Şimali Makedoniya
Rumıniya
Serbiya
Bosniya və Herseqovina

5-ci qrup
İsrail/Kipr
Qazaxıstan
Macarıstan
Belarus

6-cı qrup
İsveçrə/Almaniya
İspaniya
Latviya
Sloveniya

7-ci qrup
Monteneqro/Litva
İtaliya
Belçika
Finlandiya

8-ci qrup
Polşa
Portuqaliya (son qalib)
Norveç
Çexiya

Oyun günləri
2-11 noyabr 2020 (ilkin mərhələnin pley-off oyunları)
6-9 dekabr 2020
25 yanvar-3 fevral 2021
1-10 mart 2021
5-14 aprel 2021

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 2022-ci il yanvarın 9-dan fevralın 6-dək Niderlandda keçiriləcək.