17:22 02-09-2020
news_image
231
FUTBOL

Azərbaycana gətirilmir – fransalı futbolçu

Avropa çempionatının seçmə mərhələsində Gürcüstan və Azərbaycan yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Fransa millisinin heyətində itki baş verib.

Apasport.az saytının məlumatına görə, bir futbolçu komandanın heyətindən çıxarılıb.

Söhbət “Nant”ın yarımmüdafiəçisi İmran Louzadan gedir. Liqa1-in II turunda “Nim”lə görüşdə qırmızı vərəqə alan istedadlı oyunçunun səhhətində problem yaranıb. Qripə yoluxan 21 yaşlı orta sahə oyunçusu bu üzdən məşqlərdə iştirak etməyib. Federasiya xəstəliyin koronavirusla əlaqəsinin olmadığını, lakin futbolçunun qarşıdakı matçlarda iştirak edə bilməyəcəyini açıqlayıb.

Louza ilə birlikdə 23 oyunçuya dəvət göndərən baş məşqçi Silven Ripol onun yerinə heç kimi milliyə çağırmayacaq.

Qeyd edək ki, Azərbaycan – Fransa oyunu sentyabrın 7-də Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək. Fransalılar bundan üç gün əvvəl səfərdə Gürcüstanla üz-üzə gələcək.