17:24 02-09-2020
news_image
144
FUTBOL

Gənclər Liqasının start tarixini açıqladı - AFFA

AFFA-nın təşkilatçılığı ilə keçirilən Gənclər Liqası turnirində yeni mövsümün ilkin başlama tarixi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, assosiasiya U-19 yaş qrupu üzrə komandaların 2020/21 mövsümünə oktyabrın 3-də start verilməsini planlaşdırır.

Liqada qüvvəsini sınamaq istəyən komandalar sabahdan - sentyabrın 3-dən etibarən qeydiyyatdan keçmək üçün müraciət edə bilərlər. Əvvəlki illərdə Gənclər Liqasında iştirak etmiş komandalar Qeydiyyat və Statistika şöbəsinə, yeni qoşulmaq istəyən komandalar isə Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinə müraciət ünvanlamalıdır. Yarışda iştirakla bağlı Gənclər Liqasının əsasnaməsinin müddəalarına uyğun komandalar müraciət edə bilər.