17:45 02-09-2020
news_image
237
FUTBOL

Koronavirusa yoluxdu - Neymar

PSJ klubunun hücumçusu Neymar koronavirus infeksiyasına yoluxub.

Apasport.az saytı xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

Bildirilir ki, Braziliya millisinin üzvünün testi pozitiv çıxıb. Bu səbəbdən ulduz futbolçu karantinə alınıb və onun müalicəsinə başlanılıb.

Qeyd edək ki, Paris təmsilçisi dünən 2 oyunçusunun virusa yoluxduğunu açıqlayıb. Onların yarımmüdafiəçilər Anxel Di Mariya və Leandro Paredes olduğu bildirilib.