
13:00
"Milan"ın sabiq prezidenti Silvio Berluskoni koronavirus pandemiyasına yoluxub.
Apasport.az xəbər verir ki, bu barədə onun şəxsi həkimi məlumat yayıb.
O bildirib ki, özünü narahat hiss edən İtaliyanın keçmiş baş nazirinin koronavirus testi pozitiv çıxıb. Sentyabrın 29-da 84 yaşını qeyd edəcək Berluskoni yüksək risk kateqoriyasına aid edilib.
Qeyd edək ki, Silvio Berluskoni 30 ildən çox "Milan"ın prezidenti olub. Onun hazırkı klubu "Montsa" B seriyasında çıxış edir.