23:03 02-09-2020
news_image
502
FUTBOL

Qurban Qurbanovun imtina etdiyi klubla qarşılaşacaq - "Neftçi"nin rəqibi

Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacaq "Qalatasaray" daha bir yoxlama görüşü keçirəcək.

Apasport.az saytının məlumatına görə, bir neçə gün əvvəl "Umraniyespor"a qalib gələn (2:0) İstanbul nəhəngi bu dəfə Super Liqanın debütantı "Hatayspor"la üz-üzə gələcək.

Sentyabrın 17-də "Bakcell Arena"da "Neftçi"nin qonağı olacaq "cim-bom"da baş məşqçi Fatih Terim sabah "Hatayspor"la matçda yetirmələrini sınaqdan keçirəcək. "Türk Telekom Arena"da baş tutacaq görüş Bakı vaxtı ilə 18:00-da start götürəcək.

Qeyd edək ki, "Hatayspor" mövsümlərarası fasilədə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova təklif göndərsə də, o, Türkiyə klubunu çalışdırmaqdan imtina edib.