23:17 02-09-2020
news_image
299
FUTBOL

"Oğlum "Barselona"da qalmayacaq" - Messi-Bartomeu görüşünün nəticəsi

"Barselona"nın kapitanı Lionel Messinin atası Xorxe Messi klubun prezidenti Xosep Bartomeu ilə görüşüb.

Apasport.az saytının məlumatına görə, görüş argentinalı futbolçunun Barselonadakı evində baş tutub.

Lakin ilkin danışıq uğurlu alınmayıb. Futbolçunun menecerliyini edən atası oğlunun "Mançester Siti"yə transferi üçün təzyiq göstərsə də, Bartomeu onun 700 milyon avrodan ucuz qiymətə heç bir halda satılmayacağını bildirib. Meneceri oğlunun azad agent statusu almasını, prezident isə yeni 2 illik müqavilə imzalamasını istəyib. Çıxışda jurnalistlərin suallarını cavabsız qoyan Xorxe Messi bir cümlə ilə "oğlum "Barselona"da qalmayacaq" deyib.

Tərəflər arasında daha bir neçə görüşün baş tutması gözlənilir.

Qeyd edək ki, Lionel Messi ilə şəxsi müqaviləni razılaşdıran "Mançester Siti" İspaniya klubuna 100 milyon avro və 3 oyunçu təklif edib.