23:41 02-09-2020
news_image
132
FUTBOL

“Roma” transferdə güzəştə getdi – yarım milyon

İtaliyanın “Roma” klubunun futbolçusu Aleksandr Kolarov karyerasını “İnter”də davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, 34 yaşlı serbiyalı müdafiəçinin keçidi üçün milanlılar 1,5 milyon avro ödəməli olacaq.

“Roma” əlavə bonuslar da əldə edə biləcək. Öncə 2 milyon avro istəyən “canavarlar” müdafiəçinin qiymətində güzəştə gedib.

Qeyd edək ki, 2017-ci ildən Romanın eyniadlı təmsilçisində oynayan Kolarov 132 matçda 19 qol vurub.