09:03 03-09-2020
news_image
483
FUTBOL

Fatih Terim sürpriz istəmir - “Neftçi”nin təhlili üçün...

Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq “Qalatasaray” Bakıdakı qarşılaşmaya ciddi hazırlaşır.

Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, Türkiyə klubu ilk olaraq rəqibi təhlil etmək prosesinə start verib.

Bunun üçün baş məşqçi Fatih Terim köməkçilərini təlimatlandırıb. Bildirilir ki, təcrübəli mütəxəssis sürpriz nəticə olmasını istəmir və bu üzdən köməkçilərinə “Neftçi”ni təhlil etməyi tapşırıb. İlk diqqət çəkən məqamın "Neftçi"nin standart vəziyyətlər zamanı buraxdığı boşluqlar olduğu vurğulanıb. Azərbaycan təmsilçisi ilə bağlı təhlil raportu hazır olduqdan sonra çalışdırıcı futbolçularına öz məsləhətlərini verəcək.

Qeyd edək ki, sentyabrın 17-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qalatasaray” qarşılaşması saat 20:00-da start götürəcək.