10:06 03-09-2020
news_image
165
FUTBOL

Millinin hücumçusuna daha bir təklif – Premyer Liqadan

İngiltərə millisinin futbolçusu Kallum Uilsonu heyətində görmək istəyən klubların siyahısına “Aston Villa”da daxil olub.

Apasport.az saytının məlumatına görə, Birminhem təmsilçisi “Bornmut”un hücumçunu transfer etmək istəyir.

Komandası Premyer Liqanı tərk etdikdən sonra aşağı dəstədə oynamaq fikrindən uzaq olan Uilsonun keçidi ilə bağlı danışıqlar da start götürüb. “Aston Villa” onun üçün 20 milyon funt-sterlinq ödəməyə hazırdır.

Qeyd edək ki, forvard “Vest Hem”, “Nyukasl” və “Tottenhem”in də maraq dairəsindədir.