10:15 03-09-2020
news_image
14297
FUTBOL

“Neftçi” daha bir utancverici hadisəni tariximizə yaza bilər”

“Müasir futbolda heç kimin rəqibi alçaltmaq şansı yoxdur. Üstəlik, yaxın keçmişdə “Ostersun” biabırçılığı və bir qədər də əvvəl “Tromse” faciəsi yaşandığı halda, hansı rəqibə saymamazlıq etmək olar?”

Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin tanınmış futbol yazarı Ahmet Çakır Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Qalatasaray” oyununu dəyərləndirərkən deyib.

Türkiyə komandalarının rəqiblərinə yuxarıdan aşağı baxmasına münasibət bildirən Çakır köşə yazısında bu cür münasibətin “Qalatasaray”a da baha başa gəlməsindən narahatlığını vurğulayıb: “Neftçi” epidemiya sonrasında “cim-bom”un çöküşünü başladan “Rizəspor”un etdiyini təkrarlaya bilər. Oyunun ilk 15 dəqiqəsindəki sərtliyə hakimin göz yumması “sarı-qırmızılılar”ın “Neftçi” önündə də dağılmasına gətirib çıxara bilər. Bundan başqa, uzun illər əvvəl “Qalatasaray” heç kimin gözləmədiyi halda “Mançester Yunayted” kimi nəhəng klubu mübarizədən kənarlaşdırıbsa, “Neftçi” də bunu edə bilər. Bunların hamısı əvvəlcədən düşünülüb tədbir alınmış kimi göstərilsə, futbolçular oynayırmış kimi edib, qələbəyə əmin olsa, “Neftçi” daha bir utancverici hadisəni tariximizə yaza bilər. Rəqibin bu cür uğurlara ac olması onlar üçün böyük motivasiya olacaq. “Qarabağ”ın nailiyyətlərinin bir az gerisində olan “Neftçi” də belə motivasiya ilə meydana çıxacaq. “Qalatasaray” tam hazır olmadığından, onların istəyi reallaşa bilər”.

Qeyd edək ki, sentyabrın 17-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qalatasaray” matçı saat 20:00-da başlayacaq.