12:09 03-09-2020
news_image
190
FUTBOL

“Azərbaycanla oyunda hədəf qələbədir” – assosiasiya prezidenti

“Təxminən 10 aydan sonra ilk rəsmi oyunlarımızı keçirəcəyik”.

Apasport.az saytının məlumatına görə, bunu Kipr Futbol Assosiasiyasının prezidenti Giorqos Kumas yerli mətbuata açıqlamasında deyib.

Assosiasiya rəhbəri Millətlər Liqasının qrup mərhələsində Monteneqro və Azərbaycan millilərinə qarşı keçiriləcək ilk iki oyun barədə danışıb. 58 yaşlı funksioner hədəflərinin qələbə qazanmaq olduğunu söyləyib: “Millətlər Liqasının yeni mövsümünə təmkinli, nikbin, eyni zamanda ən yaxşı nəticəni göstərmək inamı ilə başlayırıq. İlk iki matçımızı evdə keçirəcəyik. Məqsədimiz hər iki görüşdə qələbə qazanmaqdır”.

Qeyd edək ki, C liqasının 1-ci qrupunda yer alan Kipr yığması sentyabrın 5-də Monteneqronu, 8-də isə Azərbaycanı qəbul edəcək.