00:39 05-09-2020
news_image
394
FUTBOL

İtaliya evdə büdrədi, Niderland 1 qolla qalib gəldi – YENİLƏNİB

Millətlər Liqasında I tur davam edir.

Apasport.az saytının məlumatına görə, ilk tur çərçivəsində daha 8 matç keçirilib.

A və C liqalarının hərəsində bir, B liqasında iki qrupda mübarizəyə start verilib. Ən güclülərin yer aldığı A liqasında 1-ci qrupda iki qarşılaşma baş tutub. Niderland Polşaya qalib gəlib. İtaliya öz meydanında Bosniya və Herseqovina önündə heç-heçə ilə kifayətlənib.

B liqasının 1-ci qrupunda Avstriya Norveçi məğlubiyyətə uğradıbsa, Rumıniya Şimali İrlandiya ilə görüşdə üstünlüyü son anda əldən verib. 2-ci qrupda isə Çexiya Slovakiya üzərində qələbəyə sevinib. Şotlandiya və İsrailin duelində qalib müəyyənləşməyib.

Azərbaycan yığmasının da yer aldığı C liqasında 4-cü qrupda ilk oyunlar baş tutub. Qazaxıstan səfərdə Litvanı məğlub edib. Albaniya isə Belarusdan qələbə ilə ayrılıb.

Qeyd edək ki, tura sentyabrın 5-də yekun vurulacaq. Baş tutacaq 9 matçdan biri Bakıda keçiriləcək. Azərbaycan millisi C liqasının 1-ci qrupunda Lüksemburqla görüşəcək.

Millətlər Liqası
I tur
4 sentyabr
A liqası, 1-ci qrup

22:45. İtaliya – Bosniya və Herseqovina - 1:1
Sensi, 67 - Dzeko, 58
22:45. Niderland – Polşa - 1:0
Berqviyn, 61

B liqası, 1-ci qrup
22:45. Norveç - Avstriya - 1:2

Haland, 66 - Qreqoritş, 35, Sabitzer, 54 (pen.)
22:45. Rumıniya – Şimali İrlandiya - 1:1
Puşkaş, 25 - Vayt, 86

B liqası, 2-ci qrup
22:45. Şotlandiya - İsrail - 1:1

Kristie, 45 (pen.) - Zahavi, 73
22:45. Slovakiya – Çexiya - 1:3
Şrants, 88 - Kufal, 48, Dokal, 53 (pen.), Krmençik, 86

C liqası, 4-cü qrup
20:00. Litva - Qazaxıstan - 0:2
Zaynutdinov, 3, Kuat, 86
22:45. Belarus - Albaniya - 0:2

Çikalleşi, 23, Bare, 79