13:41 03-09-2020
news_image
126
FUTBOL

Lukaku və asiyalı şəriki – bombardirlər cədvəlində

Beynəlxalq oyunlarda ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) tərtib etdiyi cədvələ 3 və ya daha çox qol vuranlar düşüb.

Milli komanda və qitə miqyaslı klub turnirlərində 39 oyunçu buna nail olub. Cədvəldə ikihakimiyyətlilik hökm sürür.

İtaliya “İnter”inin belçikalı hücumçusu Romelu Lukaku 7 topla Avropanın birincisidir. O, dünya sıralamasında mərakeşli Kərim Əl-Berkaoui ilə zirvəni bölür. “Hassania Aqadir”in futbolçusu da 7 qola sevinib.

İlk “üçlüy”ü Yeni Zelandiyanın “İstern Suburbs” klubunun üzvü Martin Bueno qapayır. Uruqvaylının hesabında 6 top var.

Hərəyə 5 top vuran dörd oyunçu 4-8-ci yerləri bölüşür. Bunlar bosniya və herseqovinalı Yosip İliçiç (“Atalanta”, İtaliya), almaniyalı Serj Qnabri, polşalı Robert Levandovski (hər ikisi “Bavariya”, Almaniya) və ispaniyalı Bienve Morexondur (“Seres”, Filippin).