15:02 03-09-2020
news_image
307
FUTBOL

“Azərbaycan yaxşı komandadır” - Stevan Yovetiç

“UEFA Millətlər Liqasını yaradaraq böyük addım atdı. Bu turnir nəticəsinə görə yoldaşlıq görüşlərindən daha cəlbedicidir. Komandadakı hər kəs kimi optimistəm, qrupda uğurlu çıxışımıza inanıram”.

Apasport.az saytının məlumatına görə, bunu Monteneqro yığmasının kapitanı Stevan Yovetiç komandasının Millətlər Liqasındakı şanslarını dəyərləndirərkən deyib.

“Monako”nun hücumçusu Azərbaycan millisinin də yer aldığı C liqasının 1-ci qrupunda Kipr və Lüksemburqa qarşı keçirəcəkləri ilk oyunlarda qələbə qazanmaq niyyətində olduqlarını söyləyib: “Kipr, Lüksemburq və Azərbaycan yaxşı komandalardır. Hansısa komandaları əvvəlcədən favorit təyin edirik. Reytinqdə rəqiblərdən üstün olsaq da, onlara yuxarıdan aşağı baxa bilmərik. Çünki yığmalar, demək olar ki, bərabər gücdədir. Hər matça yaxşı hazırlaşmalı və qələbə qazanacağımıza inanmalıyıq. Xüsusən də, ilk görüşdə Kipr üzərində qələbə qazanmaq çox vacibdir”.

Qeyd edək ki, Monteneqro yığması sentyabrın 5-də Kiprin, üç gün sonra Lüksemburqun qonağı olacaq. Azərbaycan millisi isə həmin günlərdə müvafiq olaraq Lüksemburqla evdə, Kiprlə səfərdə qarşılaşacaq.