15:21 03-09-2020
news_image
137
FUTBOL

Onlayn görüşlər keçiriləcək - liqalarla bağlı

AFFA ZOOM proqramı üzərindən onlayn görüşlər keçirəcək.

Apasport.az saytının məlumatına görə, sentyabrın 8-dən etibarən təşkil olunacaq iclaslarda Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsi 2020-21-ci illər mövsümü üzrə U-10, U-11, U-12, Coca-Cola U-13 və U-14 liqalarında iştirak etmək istəyən region komandaları ilə görüşəcək.

Adıçəkilən liqalarda iştirak qaydaları, qeydiyyat prosesləri ətraflı izah olunacaq, təklif və müzakirələr aparılacaq. Sentyabrın 8-də Şimal Qərb və Qarabağ regionu, 9-da Qərb regionu və Gəncə regionu, Mərkəz, 10-da Cənub, 11-də isə Paytaxt və Şimal zonası üzrə görüşlər olacaq.

Qeyd edək ki, liqalara yeni qoşulmaq istəyən komandalar görüşdə iştirakla əlaqədar müraciət ünvanlaya bilərlər.