17:44 03-09-2020
news_image
331
FUTBOL

“Bavariya”dan 40, “Qarabağ”dan 12 titul – rekordçu Afrikadadır

XXI əsrin ən titullu klublarının siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, 30 klubun yer aldığı cədvələ Misir təmsilçisi “Əl-Əhli” başçılıq edir.

Afrikalılar 41 titul qazanıb. İkinci pillədə Avropanın ən yaxşısı olan “Bavariya” qərarlaşıb. Almaniya təmsilçisi 40 titula yiyələnib.

İlk “üçlüy”ü Cəbəllütariqin “Linkoln” klubu qapayır. “Bavariya” ilə eyni sayda titula malik komanda daha zəif çempionatı təmsil etdiyi üçün 3-cü sırada yer alıb.

Qeyd edək ki, Azərbaycanın XXI əsrdəki ən titullu klubu “Qarabağ”dır. Ağdamlılar son 20 ildə 12 titul qazanıb. Bunlardan 7-si çempionluq, 5-i kubokdur.