19:54 03-09-2020
news_image
271
FUTBOL

Debütantı məğlub edə bilmədi – “Qalatasaray”

Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacaq "Qalatasaray" daha bir yoxlama görüşü keçirib.

Apasport.az saytının məlumatına görə, bir neçə gün əvvəl "Umraniyespor"u məğlub edən (2:0) İstanbul nəhəngi bu dəfə Super Liqanın debütantı "Hatayspor"la üz-üzə gəlib.

"Cim-bom"un baş məşqçi Fatih Terim yeni mövsüm öncəsi ikinci dəfə yetirmələrini sınaqdan keçirib. "Türk Telekom Arena"da baş tutan görüş qollu bərabərliklə yekunlaşıb - 1:1. "Cim-bom"un heyətində 31-ci dəqiqədə Arda Turan fərqlənsə də, "Hatayspor" ikinci hissədə cavab qolu ilə məğlubiyyətdən qaça bilib. 

“Qalatasaray” matça bu “11-lik”lə çıxıb: Fatih Öztürk, Şener Özbayraklı, Rayan Donk, Markao, Marselo Sarakki, Taylan Antalyalı, Sofian Fequli, Yunes Belhanda, Ömər Bayram, Arda Turan, Radamel Falkao.

Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" – “Qalatasaray” oyunu saat 20:00-da başlayacaq.