17:53 03-09-2020
news_image
637
FUTBOL

Yeni klubu müəyyənləşdi – Əfran İsmayılovun

“Səbail” növbəti transferini həyata keçirib.

Apasport.az saytı xəbər verir ki, Bakı klubu millimizin sabiq futbolçusu Əfran İsmayılovu heyətinə cəlb edib.

32 yaşlı cinah yarımmüdafiəçisi ilə 1 illik müqavilə imzalanıb. İsmayılov keçən mövsümü "Keşlə"də keçirərək Premyer Liqanın bürünc medalçısı olub. “Səbail”in baş məşqçisi Aftandil Hacıyev futbolçu karyerası dövründə Əfran İsmayılovla “Qarabağ”da komanda yoldaşı olub.

Qeyd edək ki, “Səbail” bu günlərdə milli komandamızın daha bir sabiq üzvü - qapıçı Kamran Ağayevlə anlaşıb. Sport24.az