22:04 03-09-2020
news_image
189
FUTBOL

"Neftçi" və "Kəpəz"in sabiq futbolçusu 58 yaşında vəfat etdi

"Neftçi" və "Kəpəz" klubunun veteran futbolçusu Arzu Mirzəyev dünyasını dəyişib.

Apasport.az saytının məlumatına görə, keçmiş oyunçu 58 yaşında vəfat edib.

Son olaraq Gəncədəki "Təhsil" cəmiyyətində uşaq məşqçisi kimi işləyən Mirzəyev evində ölü vəziyyətində tapılıb.

Qeyd edək ki, Arzu Mirzəyev 1979-1983-cü illərdə "Kəpəz"də, 1984-1991-ci illərdə “Neftçi”də çıxış edib. O, futbolçu karyerasını bitirdikdən sonra bir müddət "Kəpəz"in baş məşqçisi olub.