22:21 03-09-2020
news_image
138
FUTBOL

5-ci finalda 2-ci qələbə - "Traktor"dan

Futbol üzrə İran kubokunun qalibi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bu gün final oyunu keçirilib.

Tehrandakı "Azadi" stadionunda baş tutan həlledici görüşdə yerli komanda "İstiqlal"la Təbriz təmsilçisi "Traktor" üz-üzə gəlib. Təbriz klubu ilk hissədə 3 cavabsız qolla önə keçib. "İstiqlal"ın gücü fasilədən sonra fərqi minimuma endirməyə çatıb.

Beləliklə, rəqibi üzərində 3:2 hesablı qələbə qazanan "Traktor" 5-ci dəfə iştirak etdiyi İran kubokunun finalında 2-ci qələbəsini qazanıb. Təbrizlilər buna qədər 2014-cü ildə həmin titula yiyələnmişdi. Komanda 1976, 1995 və 2017-ci ildəki həlledici matçda isə məğlub olub.

12-ci dəfə finalda oynayan "İstiqlal" 5-ci yenilgisini alıb.