22:48 03-09-2020
news_image
125
FUTBOL

Müdafiəçisini icarəyə verir – “Yuventus”

İtaliyanın “Yuventus” klubunun futbolçusu Kristian Romero karyerasını “Atalanta”da davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı müdafiəçi Berqamo təmsilçisinə icarəyə veriləcək.

Argentinalının icarə müddəti başa çardıqdan sonra onu almaq hüququ da “Atalanta”ya məxsus olacaq. O, ötən mövsüm icarə əsasında “Cenoa”da çıxış edib.

Qeyd edək ki, Romero 2019/20 mövsümündə A seriyasının 30 oyununda 1 qol vurub.