23:31 03-09-2020
news_image
138
FUTBOL

Beş əvəzetməyə qarşı çıxdılar – Premyer Liqada

İngiltərə Premyer Liqasında çıxış edən klubların səhmdarlarının toplantısı keçirilib.

Apasport.az saytının məlumatına görə, klublar 2020/21 mövsümü ilə bağlı müzakirələr aparıb.

Premyer Liqa təmsilçiləri koronavirus pandemiyası ilə əlaqədar ötən mövsüm tətbiq edilən 5 əvəzetmədən istifadə olunması qaydasının əleyhinə səs verib. “Mançester Yunayted”, “Mançester Siti”, “Liverpul”, “Çelsi” və “Arsenal” 5 əvəzetmənin tətbiqinin davamını istəsə də, bu təklif yetərincə səs toplamayıb.

Qeyd edək ki, Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) 5 əvəzetmə qaydasının növbəti mövsüm tətbiqinə icazə verib. Beynəlxalq yarışlarda istifadə olunmayacaq bu güzəştin daxili turnirlərdə tətbiqi barədə qərar yerli federasiya və liqaların ixtiyarına verilib.