
20:47
İtaliyanın “Atalanta” klubunun futbolçusu Timoti Kastan karyerasını İngiltərədə davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, belçikalı müdafiəçi “Lester”ə keçib.
Premyer Liqa təmsilçisi onun üçün 25 milyon funt-sterlinq ödəyib. Tibbi müayinədən keçən belçikalı 5 illik müqavilə imzalayıb. O, 2025-ci ilin yayına qədər “tülkülər”in heyətində oynayacaq.
Qeyd edək ki, “Atalanta” Kastanı 2017-ci ildə Belçika “Genk”indən 6,5 milyon avroya transfer edib.