00:46 04-09-2020
news_image
226
FUTBOL

Fati ilk “üçlük”də - İspaniya millisinin tarixində

“Barselona”nın futbolçusu Ansu Fati İspaniya millisində debüt edib.

Apasport.az saytının məlumatına görə, Millətlər Liqasının I turunun Almaniya ilə görüşünə (0:1) çıxan gənc hücumçu 17 yaş 308 günlüyündə debüt şansı qazanıb.

O, İspaniya yığmasının tarixində 3 ən gənc oyunçudan biri olub. Fati son 84 ildə millisinin ən az yaşlı futbolçusudur.

Mütləq rekord Pedro Reqeyroya məxsusdur. O, 1927-ci il mayın 29-da 17 yaş 161 günlüyündə İspaniya millisinin formasını geyinib. 1936-cı il aprelin 24-də Anhel Subyeta 17 yaş 282 günlüyündə şans qazanıb. Ondan sonrakı 84 ilin ən gənc futbolçusu isə Ansu olub.