01:04 04-09-2020
news_image
204
FUTBOL

Dünya çempionunun yeni klubu - Sloveniyada

İtaliya millisinin və “Yuventus”un sabiq futbolçusu Mauro Kamoranezinin yeni iş yeri bəlli olub.

Apasport.az saytının məlumatına görə, Argentina əsilli futbol veteranı Sloveniyanın “Maribor” klubuna baş məşqçi təyin olunub.

43 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. Məşqçiliyə 2015-ci ildə başlayan italiyalı bunadək Meksikada “Koras” və “Tapaçula”, Argentinada “Tiqre”, Sloveniyada “Tabor”u çalışdırıb.

Qeyd edək ki, Kamoranezi millinin heyətində 2006-cı ildə dünya çempionu olub.