10:02 04-09-2020
news_image
70
FUTBOL

Rüşvətxorluqda ittiham olunur - Bartomeu

İspaniyanın “Barselona” klubunun prezidenti Xosep Bartomeu Kataloniya polisi tərəfindən korrupsiyada ittiham olunur.

Apasport.az saytının məlumatına görə, futbol funksioneri bununla əlaqədar məhkəməyə verilib.

Polis onun klub adına bağlanan müqavilələrdən şəxsi maddi qazanc götürdüyünü iddia edib. Bartomeunun bazar dəyərindən 6 qat çox olan sözləşməsini təsdiq edən sənədlər məhkəməyə təqdim olunub. Kataloniya rəhbərliyi hazırda bu məsələni araşdırır.

“Barselona” prezidenti isə ona qarşı olan rüşvətxorluq ittihamlarını rədd edir.