11:00 04-09-2020
news_image
101
FUTBOL

Azərbaycanla oyunu buraxa bilər – fransalı futbolçu

Avropa çempionatının seçmə mərhələsində Gürcüstan və Azərbaycan yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Fransa millisində heyətlə bağlı daha bir problem yaranıb.

Apasport.az saytının məlumatına görə, hücumçu Odsonn Eduard zədələnib.

“Seltik”in forvardı ayağında ağrılar hiss etsə də, Gürcüstan səfərinə aparılıb. Ancaq onun qarşıdakı matçları buraxmaq ehtimalı var. 22 yaşlı oyunçu ilə bağlı yekun qərar son həkim müayinəsi zamanı veriləcək.

Fransızlar sentyabrın 7-də Sumqayıtdakı “Kapital Bank Arena”da Azərbaycan millisinin qonağı olacaq. Rəqib buna qədər bu gün səfərdə Gürcüstanla üz-üzə gələcək.

Qeyd edək ki, “Nant”ın yarımmüdafiəçisi İmran Louza zədə səbəbindən Fransanın U-21 yığmasından kənarlaşdırılıb.