
14:26
Azərbaycan millisi sabah Lüksemburqla qarşılaşacaq.
Apasport.az saytının məlumatına görə, Millətlər Liqasının C liqasında mübarizə aparan komandamız 1-ci qrupda yarışa evdə start verəcək.
Bu, yığmamızın 2020-ci ildə ilk oyunu olacaq. Belə ki, koronavirus pandemiyası üzündən uzun müddət bir araya gəlməyən milli sonuncu dəfə ötən il meydana çıxıb.
Ölkəmizin əsas komandasının son görüşü 2019-cu il noyabrın 19-da baş tutub. Həmin gün yığmamız AVRO-2020-nin Slovakiya ilə Trnavadakı qarşılaşmasında 0:2 hesabı ilə uduzub. Millimiz 291 gündən sonra meydana çıxacaq.
Komandamızın Bakıda 294 gündən sonra meydana çıxmış olacaq. Yığmamız noyabrın 16-da öz meydanında Uelsə uduzub – 0:2.