
Azərbaycan millisi növbəti oyununu sentyabrın 5-də Lüksemburqa qarşı keçirəcək.
Apasport.az saytının məlumatına görə, Millətlər Liqasının matçı yığmamızın bu tarixdəki 4-cü qarşılaşması olacaq.
Komandamız indiyədək üç dəfə sentyabrın 5-də meydana çıxıb. Millimizin qələbəyə həsrət qaldığı günün matçlarında ən azı 2 qol vurulub.
22 il öncə Koşitsedə Slovakiyanın qonağı olan yığma 3 cavabsız qolla uduzub. Digər iki görüşdə isə millimiz ev sahibi olub. 19 il öncə Makedoniya ilə Bakıdakı oyunda yığmamız bir xal qazanmağa müvəffəq olub. 2009-cu ildə Lənkəran da seçmə görüşünə ev sahibliyi edib. Lakin Finlandiyadan xal almaq mümkün olmayıb.
Millimiz sentyabrın 5-də
43. 5 sentyabr 1998. Koşitse. AÇSO. Slovakiya – Azərbaycan – 3:0
73. 5 sentyabr 2001. Bakı. DÇSO. Azərbaycan – Şimali Makedoniya – 1:1
156. 5 sentyabr 2009. Lənkəran. DÇSO. Azərbaycan – Finlandiya – 1:2
DÇSO – dünya çempionatının seçmə oyunu, AÇSO – Avropa çempionatının seçmə oyunu.